Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MTK-da İcra Hakimiyyəti ilə birgə Konstitusiya günü qeyd edilib

215

Mingəçevir Turizm Kollecində mili Konstitusiya günü münasibətilə silsilə tədbirlər keçirilib. İnaşa və rəsm müsabiqələri təşkil olunub, fənn komissiyalarında və dəyrimi masa ətrafında pedaoq və tələbələrin iştirakı ilə fəal müzakirələr aparılıb. Təbirlərlər silsiləsi “Ümummilli lider Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının müəllifidir” adlı elmi-nəzəri konfransla yekunlaşıb. Konfrans öncəsi tədbir iştirakçıları kollecin foyesində əlamətdar milli tarixi təqvim münasibətilə təşkil olunmuş rəsm və əl işləri sərgisinə baxış keçirib, divar qəzetlərinin xüsusi  buraxılışları ilə tanış olub.

Daha sonra konfrans zalında müzakirələr aparılıb. Öncə kollec rəhbərliyinin təklifi ilə Dövlət Himni ifa olunub.  Azərbaycan Konstitusiyası  haqında söhbət  açan kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov  hələ  keçmiş  sovetlər  ittifaqı dönəmində qəbul olunan Konstitusiyaya ulu öndərin təşəbbüsü və israrı ilə Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsi faktını yada salıb. Ə.Əyyubov Azərbaycan xalqının dövlətçilik yolu, milli Konstitusiyasının yaradılması istiqamətində aparılmış mərhələli işlər və Əsas Qanunun vətəndaşlara təsbit etdiyi geniş hüquq və azadlıqlardan danışıb: “Söz, din azadlıqlarının, digər  beynəlxalq hüquqi dəyərlərin təsbit olunduğu bu Konstitusiya  güclü və demokratik dövlətçiliyin əsasını qoydu.  İndi  ölkə vətəndaşları  ən yüksək hüquqi təminat altında yaşayıb yaratmaq haqına sahibdir. Milli dəyərlərimiz, dilimiz,ərazi bütövlüyümüz və digər üstünlüklərimiz bu qanunlarla sığortalanıb. Ədalətli qanunlar bütün sahələrdə inkişafımızı təmin etməyə imkan verir.”

Bundan sonra milli Konstitusiya tarixindən bəhs edən videoçarxa baxış keçirilib. Ardınca digər məzmunlu məruzələr dinlənilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Sahib Əliyev, kollec Həmkarlar İttifaqı Komitəsinin sədri, iqtisad elmləri namizədi, dosent İbrahim Əyyubov, pedaqoq Ceyhun Abdullayev və tələbə Ramil Həmzəyev  vətəndaşlara şamil olunan bəşəri xarakterli hüquq və azadlıqlardan  söhbət açıblar.

Konfrans tələbə özfəaliyyət qrupu fəallarının ədəbi- bədii kompozisiya ilə davam etdirilib.

Şərhlər bağlıdır.