Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzetimizin əməkdaşı beynəlxalq  jurnalist müsabiqəsində ölkə birincisi oldu

264

Gender problemini həllində medianın rolunun artırılmasıyla bağlı Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ)  sentyabrın 10-dan oktyabrın sonunadək keçirdiyi müsabiqənin nəticələri bu gün bəlli olub.

Münsiflərin qərarından sonra 1-ci yerə Yeganə Nəbiyeva (http://mi-news.az/gender-probleminin-h%C9%99llind%C9%99-medianin-rolu-artirilmalidir-2/ ) və Nəzirə Nurullayeva (“Gender balans” təmin edilərsə, dünya nə qazanacaq? –), 2-c yerə Fərqanə Vəkilova ( http://businessinsider.az/az/news/id-1267?fbclid=IwAR1Bc7yeurnG2H1_nXAK1gQ_rbZyiIZ74ZZFO53mGn-bmZF4bh13A6PsLWg)Ş 3-cü yerə Rufik İsmayilov  ( http://kaspi.az/az/gender-beraberliyinin-formalasmasinda-medianin-maariflendirici-rolu-fotolar/ ) layiq görülüblər.

Eyni bal (106 bal) topladıqlarına görə bu dəfə 1-ci yerin sahibi 2 jurnalist olub.

Mükafatlandırma mərasimində  GİZ-in “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı layihəsinin rəhbəri Tomas Mayer bildirib ki, gender problemi bütün dünyada həllini tapmamış problemlər sırasındadır. Onun sözlərinə görə, keçirilmiş yazı müsabiqəsinin əsas məqsədi Azərbaycanda gender məsələsinə bir daha diqqət yönəltmək və gender balansının tənzimlənməsində medianın rolunun artırılması olub.

Bu gün GİZ-in ölkə ofisində qaliblərə sertifikatlar təqdim edilib.

Məlumat üçün bildirək ki, GİZ-in bundan əvvəlki müsabiqəsində də qəzetimizin müxbiri Yeganə Nəbiyeva “Plagiatlıq kriminaldan daha çox tərbiyə məsələsidir” sərlövhəli araşdırması ilə ölkə birincisi olmuşdu.

http://mi-news.az/az/content/investigation/5289/Plagiatl%C4%B1q-kriminaldan-daha-%C3%A7ox-t%C9%99rbiy%C9%99-m%C9%99s%C9%99l%C9%99sidir.html

 

Şərhlər bağlıdır.