Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Region könüllülərinin kariyera məktəbi”ndən xəbər var

259

8 yanvar 2019-cu ildə  tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Region könüllülərinin kariyera məktəbi” layihəsinin təqdimatı və ilk təlimi baş tutub. Layihə rəhbəri Firəngiz Telmanlı iştirakçılara könüllülük haqqında məlumat verib, könüllü olmağın perspektivlərini onların diqqətinə çatdırıb. Regionlarda yaşayan gənclərin könüllü fəaliyyəti haqqında məlumatlarının azlığının günümüzün  əsas problemlərindən biri olduğunu, layihə nəticəsində bu problemin aradan qaldırılmasına çalışacaqlarını qeyd edib. Debat şəklində keçirilən təlimdə gənclər könüllü fəaliyyətlə bağlı fikirlərini bölüşüblər.

F.Telmanlının dediyinə görə, gənclərin komanda şəklində işləmə bacarıqlarının inkişafı, ilkin peşə təcrübəsinin qazanılması, gənclər və sosial xidmət müəssisələri arasında əməkdaşlığın qurulması və möhkəmləndirilməsində layihənin böyük rolu olacaq: “Layihə könüllülərə onların xidmətindən yararlanan sosial xidmət müəssisələri ilə könüllülərin diskussiyalar aparmaq, üzləşdikləri problemlər haqqında birbaşa səlahiyyətli şəxslərə məlumat vermək imkanı yaradacaq. Bu həm də gənclərə təcrübə qazanmaq, asudə vaxtlarını səmərəli keçirmək imkanı yaradacaq”.

Şərhlər bağlıdır.