Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Şahin” komandasının üzvləri 100 yaşlı bayrağımızı qürurla  səhnəyə gətirdilər

252

Noyabrın 8-də R.Mirabov adına 7 №li tam orta məktəbdə 9 noyabr Bayraq günü münasibətilə “Bayraq yurdumuzun hakimiyyət simvoludur” adlı musiqili-bədii gecə keçirilib. “Şahin” komandasının üzvləri 100 yaşlı bayrağımızı qürurla  səhnəyə gətiriblər. 5 b sinfinin şagirdləri şeir və  mahnı söyləyib, bayrağımıza sevgilərini həm də əl işləri ilə nümayiş etdiriblər.

Məktəbimizin direktoru A.İsmayılov 2018-ci ilin Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilməsindən danışıb, müəllim və şagird kollektivini bayrağımızın 100 illiyi münasibətilə təbrik edib Tədbiri sinif rəhbəri Vəfa Əliyeva, Uşaq Birliyinin rəhbəri N.Əhmədova və məktəbin psixoloqu K.Mahmudova təşkil edib.

Şərhlər bağlıdır.